“Bizə böhtan atırlar”
20 iyul 2009 10:00 (UTC +04:00)

“Bizə böhtan atırlar”

Adnan Hacızadə və Emin Millinin cinayət işində zərərçəkənlər mətbuata müraciət etdilər


“Ol” Gənclər Hərəkatının təsisçilərindən olan Adnan Hacızadə və “Alumni Network” Gənclər Şəbəkəsinin nümayəndəsi Emin Milli barəsində başlanmış cinayət işində zərərçəkən qismində tanınmış Hüseynov Babək İslam oğlu və Məmmədov Vüsal Saleh oğlu mətbuata müraciət edib.

APA-ya da təqdim olunan müraciətdə bildirilir: “Bizi Sizə müraciət etməyə iyulun 8-də başımıza gələn hadisə vadar edib. Belə ki, həmin gün biz “Sahil” metrosunun qarşısında görüşüb, gəzə-gəzə “Fəvvarələr meydanı”na getdik. Oradan yemək üçün “Livan” restoranına getdik, bir masa arxasında əyləşib yemək sifariş verdik. Bu zaman zalda qonşu masada 7-8 nəfər əyləşib yemək yeyir, içki içirdilər. Biz az sonra həmin adamların uca səslə söyüş söymələrini eşitdik. Biz bundan narahat olub onlara iradımızı bildirdik. Lakin onlar bizim xahişlərimizə məhəl qoymadan öz əməllərini davam etdirdilər. Dedik ki, söyüş söyməyin, biz burada istirahət edirik. Onlardan bir-iki nəfəri əcəb edirik dedilər. Siz bizə ağıl öyrətməyin.


Sonra mübahisə qızışdı. Biz dalaşmaq istəməsək də onlar bizim üstümüzə cumdular. Biz özümüzü müdafiə edirdik. Onların iki nəfəri xüsusi qəddarlıqla bizə zərbələr vururdu. Nəticədə biz çoxsaylı xəsarətlər aldıq. Bu günə kimi xəstəxanada müalicə olunuruq. Dost-tanışdan eşitmişik ki, bir çox qəzetlərin səhifələrində bizə qarşı kampaniya gedir. Guya, biz onları döymüşük. Biz özümüz də bəzi qəzetləri oxuduq və əmin olduq ki, bizə böhtan atırlar. Bizi günahkar çıxarmağa çalışırlar. Biz buna etirazımızı bildiririk. Onu da hiss edirik ki, elə bil polis idarəsi də bu uydurmaların təsiri altına düşüb bizim əleyhimizə iş aparır.

Ona görə də Sizdən xahiş edirik ki, bizim nahaqdan günahkar çıxarılmağımıza imkan verməyin, həqiqəti yazın, əsil həqiqətin üzə çıxmasına kömək edin”.


Qeyd edək ki, Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğunun hadisə ilə bağlı yaydığı birgə məlumatda bildirilir ki, 2009-cu il iyulun 8-da, saat 18.00 radələrində içkili vəziyyətdə olan Adnan Hacızadə, habelə Emin Abdullayev və daha beş nəfər «Lebonese» (“Livan”) restoran-barında ucadan etik normadan kənar nalayiq ifadələr işlətdiklərinə görə onlara irad tutan vətəndaşlar Vüsal Məmmədov və Babək Hüseynova qarşı heç bir əsaslı səbəb olmadan fiziki zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətlərinə yol veriblər.

Hadisə yerinə polis əməkdaşları gələnədək Adnan Hacızadə ilə bir yerdə olmuş şəxslərdən dördü qaçıb, lakin üç nəfəri saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə gətirilib. Müvafiq tibbi müayinələrlə Adnan Hacızadənin orta, Orxan Qafarovun yüngül dərəcəli sərxoşluq vəziyyətində olmaları, Emin Abdullayev, Vüsal Məmmədov və Babək Hüseynovun spirtli içki qəbul etmədikləri müəyyən olunub. Hadisə zamanı xəsarət almış Babək Hüseynova ilkin tibbi yardım göstərilib, Vüsal Məmmədov isə kəllə-beyin xəsarəti aldığından stasionar müalicədədir.

Fakt üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin (CM) 221.2.1 maddəsi ilə cinayət işi başlanıb. Adnan Hacızadə və Emin Abdullayev şübhəli şəxs qismində saxlanılıb və ilkin andan vəkil Vaqif Məmmədov onların hüquqlarının müdafiəçisi qismində iştirak edib. Sonradan rəsmi orderlə müraciət etmiş vəkillər İsaxan Aşurov və Elton Quliyev də adları çəkilən şəxslərin hüquqlarının müdafiəsinə qoşulublar.

İstintaq zamanı Vüsal Məmmədov və Babək Hüseynov zərərçəkmiş şəxs qismində tanınıb dindirilib. Hadisə yerində Adnan Hacızadə və Emin Abdullayev ilə eyni masada əyləşmiş Orxan Qafarovun şahid qismində ifadəsi alınıb, Pərviz, Ülvi, Nurəddin və Bəhram adlı şəxslərin müəyyən olunması üçün tədbirlər görülür.

Səbail Rayon Məhkəməsi tərəfindən 10 iyul 2009-cu il tarixdə Adnan Hacızadə və Emin Abdullayev barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 519

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10