İlin əvvəlindən istehsalatda 131 bədbəxt hadisə baş verib
Nəticədə 33 nəfər ölüb, 122 nəfər xəsarət alıb
Cari ilin yanvar-iyun aylarında Azərbaycanda 50-si tikinti sektorunda olmaqla, istehsalatda 131 bədbəxt hadisə baş verib. Bu barədə «APA-ECONOMICS»ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyindən məlumat verilib.
Bədbəxt hadisələrdə 56-sı tikinti sektorunda olmaqla, 155 nəfər zərər çəkib. Tikinti sektorunda baş vermiş hadisələrdə 18 nəfər ölüb, 38 nəfər isə yaralanıb.
Digər sektorlarda baş vermiş 81 hadisədə isə 15 nəfər ölüb, 84 nəfər xəsarət alıb. Bundan başqa, hesabat dövründə qrup halında 8-i tikinti sektorunda olmaqla 14 hadisə baş verib.
Müfəttişlik tərəfindən aparılmış araşdırmalar zamanı bədbəxt hadisələrin baş verməsində təqsirkarlardan 25-nin müəssisə, 66-nın zərərçəkənlərin özü, 22-nin müəssisə və zərərçəkən, 18-nin isə kənar təsirlər olduğu müəyyənləşdirilib.

707