Vertolyot qəzasında ölənlərin cəsədləri sudan çıxarıldı
İyulun 12-də qəzaya uğrayaraq Xəzər dənizinə düşmüş “Mi-8” tipli vertolyotda həlak olan 2 nəfərin meyiti ailələrinə təhvil verilib
Bu barədə «APA-ECONOMICS»ə» «Azərbaycan Hava Yolları» QSC-nin xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.
M.Səfərlinin sözlərinə görə, gecə saat 01:00 radələrində cəsədlərdən biri vertolyotun qalıqlarının arasından, digəri isə hadisə yerindən bir qədər aralıda tapılıb. SOCAR-AQŞ-nin “Korvet” firmasından cəlb etdiyi kran üzrə mütəxəssis Viktor Maskalenko və Xəzər dəniz Dalğıc-Xilasetmə İşləri İdarəsinin dalğıcı Rafiq Nəhmətovun cəsədləri ekspertizadan keçirilərək ailələrinə verilib.
«Gecə saatlarında dəniz küləkli və dalğalı olduğundan vertolyotun qalıqlarını çıxarmaq mümkün olmayıb. Hazırda şərait vertolyotun qalıqlarını çıxarmaq üçün əlverişli olmadığından xilasedicilər havanın sakitləşməsini gözləyirlər», - deyə M.Səfərli vurğulayıb.
Qeyd edək ki, AZAL-a məxsus “Mi-8” vertolyotu iyulun 12-si saat 16:30-da ARDNŞ-in “28 May” NQÇİ-nin Çilov adası yaxınlığında neftçiləri platformadan götürüb havaya qalxarkən qəzaya uğrayıb. Nəticədə vertolyotun bortundakı 6 nəfərdən 2-si ölüb, 4 nəfər isə xilas edilib.

535