10 ildə Azərbaycanda 371 nəfər mina qurbanı olub
15 iyul 2009 16:45 (UTC +04:00)

10 ildə Azərbaycanda 371 nəfər mina qurbanı olub

Son 10 il ərzində Azərbaycanda 371 nəfər mina və partlamamış hərbi sursatların qurbanı olub.

Onlardan 84 nəfəri həlak olub, 287-si isə yaralanıb. APA-nın məlumatına görə, bu barədə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov keçirdiyi mətbuat konfransında məlumat verib. O bildirib ki, mina qurbanları arasında 18-39 yaşlı kişilər üstünlük təşkil edir. Belə insanların sayı 324 nəfərdir. Mina qurbanlarından 6-sı qadın, 42-si uşaq, 171-i hərbçi, 200 nəfər isə mülki şəxsdir. Ümumilikdə isə Azərbaycanda mina qurbanların sayı 3 min nəfərə yaxındır. Onlardan 300 nəfərini uşaqlar təşkil edir.


H. Səfixanov deyib ki, 2009-cu ilin altı ayı ərzində mina və partlamamış hərbi sursatlarla bağlı 10 hadisə nəticəsində 15 qurbanın olduğu qeydə alınıb. Bu partlayışlarda iki əsgər həlak olub, 13 mülki şəxs yaralanıb. 2009-cu ildə baş vermiş hadisələr Biləcəri qəsəbəsində, Füzuli, Ağdam, Ağstafa, Göygöl və Xocavənd rayonları ərazində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 655

Oxşar yazılar