Pişik Bakı Avtovağzalının işıqlarını söndürdü
Ötürücü yarımstansiyanın içinə düşən heyvan yanaraq, külə dönüb
Pişik Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalındakı elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Avtovağzalın xidmətindən istifadə edən sərnişinlər Lent.az-a bildiriblər ki, hadisə iyulunun 6-da baş verib. Belə ki, ev heyvanının avtovağzala məxsus ötürücü yarımstansiyanın içərisinə düşməsi nəticəsində qısaqapanma yaranıb və işıqlar kəsilib.
Hadisə yerinə elektriklər və mühəndislər gəlib. 1 saat keçməmiş avtovağzala elektrik enerjisinin verilməsi bərpa edilib. Hadisə nəticəsində pişik yanaraq, külə dönüb.
Nəqliyyat Nazirliyi Katibliyinin rəhbəri Namiq Həsənov hadisə ilə bağlı Lent.az-ın sualını cavablandıracağını deyib. Lakin sonradan telefon zənglərinə cavab verməyib.
Pərvin ABBASOV

Oxşar yazılar
Bakıda gölün ətrafında yanğın baş verdi - VİDEO
16 iyul 2025 , 03:41
Yeni sadə müalicə yüksək qan təzyiqini azalda bilər
16 iyul 2025 , 02:27
Cəlilabadda dağlıq ərazi yanıb, bir nəfər tüstüdən boğulub - VİDEO -YENİLƏNİB
15 iyul 2025 , 21:02
Şirvanda kişi yaşadığı evin həyətində ölü tapıldı
15 iyul 2025 , 19:33
Erməni konyaklarının 85 faizi saxta çıxdı - BÖYÜK ARAŞDIRMA
15 iyul 2025 , 18:11
“Roşka” ləqəbli tiktokerin məhkəməsi başladı
15 iyul 2025 , 18:07
Bəy-gəlindən başqa hamı o tortdan zəhərləndi
15 iyul 2025 , 17:57