Salyanda qudaların qanlı davası
08 iyun 2009 11:30 (UTC +04:00)

Salyanda qudaların qanlı davası

İyunun 7-də saat 19.00 radələrində Salyan rayon sakini Yaşar Qafarov Neftçala rayonunun Şor kəndində yaşayan qudası Gülzar Məhərrəmovanın evində olarkən ailə münaqişəsi zəminində bıçaqla ona xəsarət yetirib.



Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, bu zaman G.Məhərrəmovanın əri Sübhan Məhərrəmov, oğlanları Tofiq və İlyasla birgə Y.Qafarovu döyüblər. G.Məhərrəmova və Y.Qafarov xəstəxanaya yerləşdiriliblər.


Neftçala RPŞ tərəfindən ilkin yoxlama aparılır.
# 828

Oxşar yazılar