Gəncədə uçqun altında qalan 69 yaşlı müəllim ölüb
Gəncədə uçan hasarın altında qalan 69 yaşlı qoca dünyasını dəyişib. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Gəncə şəhər Polis İdarəsindən məlumat verilib. Məlumata görə, 1940-cı il təvəllüdlü Kəlbəcərli məcburi köçkün, orta məktəblərdən birində müəllim işləyən Cəfərov Vilayəddin Nəsrəddin oğlu iyunun 2-də yaşadığı evin köhnə daş hasarının uçması nəticəsində xəsarət alıb. Xəstəxanaya çatdırılsa da qocanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda tədqiqat aparılır.
Vüsalə Cənnətova
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda tədqiqat aparılır.
Vüsalə Cənnətova
877