Millət vəkilinə ödənilən pensiyanın 12 min manatı geri alınır
İlyas İsmayılov pensiyasının düzgün hesablanması üçün məhkəməyə müraciət edib
Azərbaycanın sabiq baş prokuroru, Milli Məclisin deputatı İlyas İsmayılovla Dövlət Sosial Müdafiə Fondu və Fondun Səbayel rayon şöbəsi arasında məhkəmə çəkişməsi gedir. Lent.az-ın məlumatına görə, millət vəkili pensiya məbləğinin düzgün təyin edilməsini və ona vurulmuş maddi ziyanın ödənilməsini istəyib.
Fond İ.İsmayılovun 2005-ci ilin oktyabrında deputat seçilməsindən xəbərdar olmadığını əsas gətirərək, ondan pul tutulmasına qərar verib. Tutulmaların məbləği 12 min manatdan bir qədər artıqdır.
İ.İsmayılov Milli Məclisə 2005-ci ildə deyil, 2006-cı ilin mayın 13-də əlavə deputat seçkiləri zamanı seçilib. Bunu əsas gətirən İ.İsmayılov 2005-ci ilin müvafiq dövründən 2006-cı ilin may ayına qədər əlavə tutulmaların olmasını düzgün saymır.
Bundan başqa, İ.İsmayılov baş prokuror kimi aldığı maaşına görə pensiyasının düzgün hesablanmamasından narazıdır. Belə ki, o, daha bir neçə min manat vəsaitin ödənilməsini istəyir.
İ.İsmayılov qeyd olunan iddialarla (pensiya məbləğinin düzgün təyin edilməsinə və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair) Səbayel rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə onun iddiasını təmin etməyib.
Birinci instansiyada uduzan millət vəkili Bakı Apelyasiya Məhkəməsinə üz tutub. Onun apelyasiya şikayətinə bu həftə baxılacaq.
İlyas İsmayılov özü Lent.az-a açıqlamasında faktı təsdiqləyib. Lakin o, məhkəməyə təsir kimi anlaşıla biləcəyini əsas gətirərək, məsələyə münasibət açıqlamayıb.
Pərvin ABBASOV

861