Gəncədə iki yanğın hadisəsi baş verib
Xəsarət alan yoxdur
Mayın 24-də saat 20:40 radələrində Gəncənin Cəlil Məmmədquluzadə küçəsində yerləşən 21 saylı yaşayış evində yanğın hadisəsi baş verib. Yanğın nəticəsində Qacarova Zimon Əsəd qızına məxsus ümumi sahəsi 56 kv metr olan 1 mərtəbəli evin çardağı tamamilə yararsız hala düşüb. Hadisənin səbəbləri araşdırılır.
Gəncə Dövlət Yanğından Mühafizə İdarəsindən Lent.az-ın Gəncəbasar müxbirinə verilən məlumata görə, daha bir yanğın hadisəsi saat 01:30 radələrində 38 saylı Hərbi şəhərcikdə qeydə alınıb. İsa Cümşüdova məxsus 6 saylı evin həyətindəki taxta qırıntılarının saxlandığı əl damı yanıb. Sahəsi 16 kv metr olan tikili qaz balonunun alışması nəticəsində yararsız hala düşüb.
Hər bir yanğının söndürülməsinə 3 yanğın söndürən maşın cəlb olunub.
Vüsalə Cənnətova

925