Bakıda 20 yaşlı qız ekskavatorun altında qalaraq ölüb
25 may 2009 11:45 (UTC +04:00)

Bakıda 20 yaşlı qız ekskavatorun altında qalaraq ölüb

Azərbaycan paytaxtında dəhşətli yol-qəzası olub.


Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün 14.30 radələrində Babək prospekti, 75 c ünvanında baş verib. Bakı şəhər sakini Zaur Yusifəliyev idarə etdiyi 20 T 127 dövlət nömrə nişanlı, “Kamat-Çu” markalı ekskavatorla yolu keçmək istəyən piyada, 20 yaşlı Lalə Bəhram qızı Şeydayevanı vurub.

Ağır zərbə nəticəsində ekskavatorun altına düşən L. Şeydayevanın başı təkərin altında qalıb və o, hadisə yerindəcə dünyasını dəyişib. Sürücü Z. Yusifəliyev polis tərəfindən saxlanılıb. Hadisənin kimin günahı ucbatından baş verməsi barədə hələlik heç bir məlumat verilmir.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 527

Oxşar yazılar