Bakıda yaşayan erməni Ali Məhkəmədə polisə qalib gəldi!
Bu gün Azərbaycan Ali Məhkəməsində milliyətcə erməni olan şəxsin Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı qaldırdığı iddianın qərarından verdiyi kassasiya şikayətinə baxılıb.
Lent.az-ın məlumatına görə, iddiaçı Nora Vartanesovna Varaqyan polis idarəsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti edib. Ali Məhkəmənin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının hakimi Əsəd Mirzəliyev Bakı Apelyasiya Məhkəməsinin qərarını ləğv edib. İşə yenidən əvvəlki instansiyada – Bakı Apelyasiya Məhkəməsində baxılacaq.
Nora Vartanesovna Varaqyan Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı ilk illərdə - 1991-ci ildə Nəsimi rayonunda yaşadığı ünvandan qeydiyyatdan çıxıb. Sonradan isə heç bir ünvana qeydiyyata düşməyib. 2007-ci ildə isə Nəsimi rayon Polis İdarəsi pasport və qeydiyyat şöbəsinə şəxsiyyət vəsiqəsi almaq üçün müraciət edib. Nəsimi rayon Polis İdarəsi pasport və qeydiyyat şöbəsi tərəfindən isə onun müraciətini qeydiyyatdan çıxdığına görə rədd edilib.
Bundan sonra N.Varaqyan yerli məhkəmə instansiyasına Nəsimi rayon Polis İdarəsində vəzifəli şəxsin hərəkətlərindən şikayət edib. Nəsimi rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi N.Varaqyanın iddiasını təmin etməyib. Belə olan təqdirdə, o, Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib. İşə yenidən Bakı Apelyasiya Məhkəməsində baxılıb, lakin Varaqyanın iddiası təmin edilməyib.
Pərvin ABBASOV

897