Kamran Əsədov jurnalistləri hədələdi
22 may 2009 14:00 (UTC +04:00)

Kamran Əsədov jurnalistləri hədələdi

Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədov və daha 19 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər müdafiə çıxışı ediblər. İş üzrə təqsirləndirilən İlkin İsmayılov ona qarşı irəli sürülən ittihamla özünü təqsirkar bilmədiyini bildirib. O, həmçinin ABŞ-ın ölkəmizdəki səfirliyinə basqın planının Kamran Əsədova məxsus olduğunu qeyd edib.

Daha sonra prosesdə müdafiə çıxışı edən Yaşar Məhərrəmov isə özünü qismən təqsirkar bilib. Y. Məhərrəmov ona qarşı irəli sürülən ittihamla yalnız Cinayət Məcəlləsinin 38.1-ci maddəsi ilə özünü günahkar bildiyini etiraf edib.

Prosesdə Kamran Əsədov müdafiə çıxışı edib. O, etdiyi hər bir hərəkəti ilə Allahın dinini müdafiə etdiyini və hərbi xidmətə də məhz silah əldə edərək cihad etmək məqsədi ilə getdiyini bəyan edib. K. Əsədov çıxışında prosesi izləyən jurnalistləri hədələyib: “Bəzi jurnalistlər mənim dediyim sözləri təhrif edir və öz yazılarında məni vəhhabi adlandırırlar. Bu işlə təqsirkar bilinib nə qədər iş almağımdan asılı olmayaq həbsdən çıxan kimi onlarla özüm danışacağam. “Kamran vəhhabidir” yazana həbsdən çıxandan sonra yazdığını ona yedirəcəm və arxasından da güllə vuracam”.

K. Əsədov “Nərimanov rayon Dindarları” dini icmasının sədri Hacı Qamət Süleymanov barəsində də bəzi fikirlər səsləndirib: ““Əbu Bəkr”məscidi şeytan yuvasıdır. Ona görə də bağlanmalıydı. Qamət isə kafirdir. Onun bəxti gətirib ki, partlayış zamanı ölməyib”.

Proses mayın 29-da davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehrəliyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yaşar Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Məhərrəmov, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1374

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu

Bakıda QƏZA: İşıqfor yerindən qopdu

11 dekabr 2024 , 23:01
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10
Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

11 dekabr 2024 , 16:40