Türkiyədə azərbaycanlı qadınları fahişəliyə məcbur edən 11 nəfər tutulub
22 may 2009 13:00 (UTC +04:00)

Türkiyədə azərbaycanlı qadınları fahişəliyə məcbur edən 11 nəfər tutulub

Əxlaqsızlığa məcbur edilən qadınlar arasında ermənilər və qırğızlar da var

Türkiyənin Aydın vilayətinin turistik bölgələrindən olan Kuşadası rayonunda qadınları fahişəliyə məcbur edən dəstənin 11 üzvü tutulub.


Lent.az-ın “hurriyet”ə istinadən məlumatına görə, dəstə üzvlərinin əcnəbi qadınları Türkiyəyə işləmək vədi ilə apardıqları, daha sonra pasportlarını əllərindən aldıqları, zorla qəbz imzalatdırdıqları, fahişəliyə məcbur etdikləri müəyyənləşib. İki oteldə keçirilən əməliyyat nəticəsində yaşları 18-25 arasında olan 9 qadın da saxlanılıb.

Onların Qırğızıstan, Azərbaycan və Ermənistan vətəndaşları olduğu müəyyənləşib. Polisə ifadə verən qadınlar fahişəliyə məcbur edildiklərini söyləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 914

Oxşar yazılar