Antiinhisar Dövlət Xidmətinin keçmiş rəhbərliyinin məhkəməsi başladı
20 may 2009 10:15 (UTC +04:00)

Antiinhisar Dövlət Xidmətinin keçmiş rəhbərliyinin məhkəməsi başladı

Samir Dadaşov prosesə qatılmayıb

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidmətinin keçmiş rəisi Samir Dadaşovla birgə saxlanılan qurumun rəis müavini Yalçın Məmmədov, rəqabətin qorunması sektorunun müdiri İlham Şahmirzəyev və baş məsləhətçisi İdrak Ələkbərovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda məhkəmə baxışı iyunun 4-ə təyin olunub. S. Dadaşov prosesdə iştirak etməyib.


Qeyd edək ki, həbs ediləndən bir qədər sonra xəstəliyi ilə bağlı S. Dadaşovun barəsində çıxarılan həbs-qətimkan tədbiri dəyişdirilərək ev dustağı ilə əvəzlənib. Təqsirləndirilən İlham Şahmirzəyev və İdrak Ələkbərov Penitensiar Xidmətin Bayıldakı 1 saylı istintaq təcridxanasında saxlanılırlar, digər təqsirləndirilən Yalçın Məmmədov isə zaminə buraxılıb.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 179.2.1-ci (qabaqcadan əlbir qrup şəxs tərəfindən dövlət əmlakını mənimsəmə və ya israf etmə), 308-ci (vəzifə səlahiyyətindən sui istifadə), 311.1-ci (rüşvət alma), 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunan Samir Dadaşov, Yalçın Məmmədov, İlham Şahmirzəyev və İdrak Ələkbərov 2008-ci il avqustun 4-də Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1087

Oxşar yazılar