Bakıda yaşayış evi külə döndü
19 may 2009 19:00 (UTC +04:00)

Bakıda yaşayış evi külə döndü

Xəsarət alan olmasa da, ev sahibinə külli miqdarda zərər dəyib

Mayın 18-dən 19-na keçən gecə Bakının Nərimanov rayonunda yaşayış evi yanıb. Nərimanov rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Yaşar Əliyev küçəsi 53a ünvanda yerləşən həyət evi qəflətən alışıb və alov bütün evi bürüyüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadasının dörd yanğınsöndürən maşını cəlb olunub. Alov söndürülsə də, ev içərisindəki əşyalarla bərabər tamamilə yanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, ancaq ev sahibinə külli miqdarda zərər dəydiyi bildirilir.

Hazırda faktla bağlı Nərimanov rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1056

Oxşar yazılar