“Chevrolet” aşdı, 20 yaşlı qız xəsarət aldı
19 may 2009 17:00 (UTC +04:00)

“Chevrolet” aşdı, 20 yaşlı qız xəsarət aldı

Mayın 19-da Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Şəmkir rayon Polis şöbəsindən məlumat verilib. Məlumata görə, 1958-ci il təvəllüdlü Ələsgərov Novruz Nadir oğlunun idarə etdiyi, “Chevrolet” markalı, 57 DX 157 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək, aşıb. Nəticədə avtomobildə olan 1989-cu il təvəllüdlü Ələsgərova Şəhla Novruz qızı xəsarət alaraq, xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 940

Oxşar yazılar