“Ergenekon”çu generalın sevgilisi azərbaycanlı çıxdı
Sevgilisi üçün həyat yoldaşından boşanmaq istəyən Ləvənd Ərsözün xanımı intihar edib
Türkiyədə “Ergenekon” işi üzrə təqsirləndirilən istefada olan general Ləvənd Ərsözün xanımı Müzəffər Ərsöz intihara cəhd edib.
Lent.az-ın “aktifhaber”ə istinadən məlumatına görə, bir müddət əvvəl infarkt keçirən Ləvənd Ərsöz həbsxanadan Ankaradakı GATA xəstəxanasına köçürülüb. Xanımı o vaxtdan həyat yoldaşının yanında qalıb.
Dünən Ərsöz cütlüyünün arasında ciddi mübahisə yaranıb. Mübahisəyə generalın boşanmaq üçün vəkilinə etibarnamə verməsinin səbəb olduğu bildirilir.
Müzəffər Ərsöz mübahisədən sonra xeyli dərman qəbul edib. Ona dərhal tibbi yardım göstərilib. Ancaq qadının vəziyyətinin ağır olduğu deyilir.
Qeyd edək ki, bu ailənin dağılmasına azərbaycanlı qadının səbəb olduğu da iddia edilir. Belə ki, uzun müddət axtarışda olan general azərbaycanlı sevgilisi Ülviyyə Salamovanın Ankarada müalicə olunduğu xəstəxanaya gəldiyi zaman tutulub.
Bir müddət əvvəl generalın qızı Fulya da 2 dəfə intihara cəhd edib.

1099