Ermənilər Milli Ordunun daha bir əsgərini yaralayıblar
18 may 2009 13:00 (UTC +04:00)

Ermənilər Milli Ordunun daha bir əsgərini yaralayıblar

Ermənistan Silahlı Qüvvələrinin cəbhənin Ağcabədi rayonu istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun daha bir əsgəri yaralanıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, yaralanan əsgər Məmmədov Zahir İsmayıl oğlu Ağcabədi rayonu ərazisindəki Hərbi Hospitala yerləşdirilib. Hərbi Hospitaldan APA-ya onun vəziyyətinin ağır olduğu bildirilib.

Məlumata görə, Z. Məmmədov Bakının rayonlarından birindən hərbi xidmətə çağırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 492

Oxşar yazılar