Mayın 15-dən 16-na keçən gecə Bakının Əzizbəyov rayonunda qətl hadisəsi baş verib.
Əzizbəyov Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, hadisə Zirə qəsəbəsində baş verib. Qəsəbə sakini 1958-ci il təvəllüdlü Abduləli Ramazan oğlu Əliyev həyat yoldaşı, 1960-cı il təvəllüdlü Gülnərgiz Əmirəli qızı Əliyevanın başını kəsərək qətlə yetirib.
Prokurorluqdan bildiriblər ki, A.Əliyev hadisədən sonra evdən qaçsa da onu polis əməkdaşları yaxalayıblar.
Əzizbəyov Rayon Prokurorluğundan hadisənin qısqanclıq zəminində baş verdiyini deyiblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Şəhriyar Əlizadə

Oxşar yazılar

Sərhəddə 7,5 milyon manatlıq qaçaqmal tutulub
1 iyul 2025 , 11:24
Qəbələdə dağlıq-meşəlik ərazidə köməksiz qalan şəxs xilas olundu -VİDEO
1 iyul 2025 , 10:11
Yeniyetmə su kanalına düşüb
1 iyul 2025 , 09:32
Maşın vuran kişi 65 gün sonra öldü
1 iyul 2025 , 09:28
DTX dövlətə xəyanət edən şəxsi həbs etdi
1 iyul 2025 , 09:25
Rusiyada qətlə yetirilən azərbaycanlı qardaşların cənazəsi Ağcabədiyə gətirildi
1 iyul 2025 , 08:47
Xəbərdaredici nişan olsaydı, Cümşüd ölməyəcəkdi… – Qurumdan açıqlama-VİDEO
30 iyun 2025 , 21:53