Neft Akademiyasındakı qanlı olayla bağlı 500-dən artıq şəxs dindirilib
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş qanlı olayla bağlı 500 nəfərdən artıq şəxs istintaqa cəlb edilərək şahid qismində dindirilib.
Bu barədə APA-ya açıqlamasında Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib. Məlum cinayət hadisəsi ilə əlaqədar 8 nəfərin həbs olunması barədə yayılan məlumatlara da münasibətini bildirən E. Sultanov bu informasiyaların həqiqətə uyğun olmadığını söyləyib: “Qeyd edilən cinayət işi üzrə aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində Gürcüstan vətəndaşları Əliyev Nadir Şirxan oğlu və Amirov Cavidan Fərman oğlu Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib”. O, həmçinin istintaq zamanı 500 nəfərdən artıq şəxsin, o cümlədən Ariz Qabulov, Mədət Kazımov və başqalarının iş üzrə şahid qismində dindirildiyini, lakin onlara heç birinə qarşı ittiham elan edilmədiyini qeyd edib: “Hazırda istintaq-əməliyyat qrupu tərəfindən iş üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir və istintaqın gedişatı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.
Qeyd edək ki, aprelin 30-u saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib.

561