Ailəsindən 4 nəfəri öldürən şəxs ifadə verməkdən imtina edib
Yanvarın 10-dan 11-nə keçən gecə Bakıda anası, arvadı və iki azyaşlı övladını qətlə yetirən Rövşən Mehrəliyev komadan ayılıb. Nizami rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, “Azərsutikinti”nin xəstəxanasına yerləşdirilən şəxs hələlik ifadə verməyib. O, müstəntiqlə söhbətləşməkdən imtina edib. Bu səbəbdən də Nizami rayon Prokurorluğu tərəfindən R.Mehrəliyevin dindirilməsinə psixoloji zəmin yaratmaq üçün onunla psixoloqun söhbəti təşkil olunub. Ailə üzvlərini qətlə yetirən şəxsin bu günlərdə ifadə verəcəyi və müəmmalı hadisənin motivlərinə aydınlıq gətirəcəyi gözlənilir.
Qeyd edək ki, R.Mehrəliyev Nizami rayonu, Şirin Mirzəyev küçəsi ev 72, mənzil 34-də anası, 1950-ci il təvəllüdlü Mehrəliyeva Elmira Şərifəddin qızı, arvadı, 1978-ci il təvəllüdlü Mehrəliyeva Lalə Qədim qızını, qızı 2004-cü il təvəllüdlü Səidəni və 4 yaşlı oğlu İlhamı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.
Atasının törətdiyi hadisələri görən R.Mehrəliyevin qızı, 8 yaşlı Nuranə qaçaraq qonşuya xəbər verib və dərhal evə polislər gəlib. Polislərin gəldiyini görən R.Mehrəliyev özünə bıçaqla bir neçə zərbə vurub.
İstintaq aparılır.
Nizam Rza

Oxşar yazılar

Azərbaycanda FACİƏ: iki uşaq atasını qatar vurub öldürdü
13 mart 2025 , 00:11
Goranboyda yanacaqdoldurma məntəqəsi yandı
12 mart 2025 , 23:32
Qızın istəyi ilə valideynlərini vəhşicəsinə öldürən manyak azadlıqda: Film də çəkilib
12 mart 2025 , 20:15
Qadın pedofilin cinsi orqanını və ürəyini qızardıb yedi
12 mart 2025 , 19:44
Yolda sürücünü döyüb, avtomobilə ziyan vuranlar həbs edildi - VİDEO
12 mart 2025 , 19:24
Kişi mişarla boğazını kəsdi
12 mart 2025 , 19:16
Müdafiə Nazirliyi hərbi hissələrinin keçmiş maliyyə xidmətinin rəisinə HÖKM OXUNDU
12 mart 2025 , 19:11