Lənkəranda evləri yaran keçmiş məhkum tutulub
17 yanvar 2011 12:49 (UTC +04:00)

Lənkəranda evləri yaran keçmiş məhkum tutulub

Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, əvvəllər məhkum olunmuş Xaliq Adıyev yaxalanıb. Onun sonuncu qarət etdiyi ev Lənkəran şəhər sakini Səlminaz Abdullayevanın mənzili olub.

X.Adıyevya həmin qadına məxsus pul, geyim əşyaları və şəxsi sənədləri oğurlayaraq aradan çıxıb. Lakin çox keçmədən hüquq-mühafizə orqanları peşəkar oğrunu yaxalayıb. Onun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində, X.Adıyevin Ceyhun Quliyevin evindən 2200 manat dəyərində qızıl əşyaları, kirayədə yaşayan Sevda Babayevaya məxsus 1 ədəd televizor və geyim əşyaları, Ramin Baxşıyevin evindən 1 ədəd telefon, 50 manat pul və qızıl əşyaları, Sevil Salmanovanın evindən ev əşyaları, habelə, Gülxanım Babayevanın evindən 900 manat pul və qızıl əşyaları oğurlaması müəyyən edilib.


X.Adıyevin ətrafında aparılan araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 451

Oxşar yazılar