
“Azəriqaz”ın mətbuat xidmətinin rəhbərini soyublar
Yanvarın 3-dən 4-nə keçən gecə Bakıda soyğunçuluq hadisəsi baş verib. Nərimanov rayon Polis İdarəsi 17-ci Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, Əliyar Əliyev küçəsində naməlum şəxslər “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazova yaxınlaşaraq, ona hədə-qorxu gəlməyə başlayıblar. Daha sonra həmin şəxslər zorla K.Eyvazovun 16 min dollarını, 2 mobil telefonunu və gödəkçəsini alaraq, qaçıblar.
Artıq K.Eyvazov polisə ərizə ilə müraciət edib. O, 3 naməlum şəxs tərəfindən soyulduğunu bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı Lent.az-a təsdiqləyiblər.
Nizam Rza
Artıq K.Eyvazov polisə ərizə ilə müraciət edib. O, 3 naməlum şəxs tərəfindən soyulduğunu bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı Lent.az-a təsdiqləyiblər.
Nizam Rza
Oxşar yazılar

Binadan yıxıldı, xəstəxanaya özü getdi
22 iyul 2025 , 11:49Rusiyada OMON azərbaycanlı dəstəni belə saxladı - VİDEO
22 iyul 2025 , 10:22
Xırdalanda 29 yaşlı fəhlə faciəvi şəkildə öldü
22 iyul 2025 , 09:24
Gəncədə 21 yaşlı gənc bıçaqlandı
22 iyul 2025 , 08:08
Göygöldə restoranda iki yeniyetmə döyüldü
22 iyul 2025 , 08:01
Gəncədə 41 yaşlı qadın bıçaqlandı
22 iyul 2025 , 03:08
Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür
22 iyul 2025 , 00:10