Bakıda 65 yaşlı kişini döyüb öldürən gənc intihar etdi - TƏFƏRRÜAT
Suraxanı rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Bülbülə qəsəbə sakini, 1980-ci il təvəllüdlü Quliyev Firuz Yusif oğlu özünü öldürüb.
30 yaşlı oğlan yaşadığı evin həyətindəki metal borudan özünü asaraq, intihar edib.
Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, bu hadisə Rəhimov Tofiq İsrafil oğlunun dekabrın 28-dən 29-na keçən gecə döyülərək öldürülməsi olayı ilə birbaşa əlaqəlidir.
Belə ki, polis işçiləri 30 yaşlı F.Quliyevi saxlamaq üçün onun yaşadığı ünvana gəlib. Vəziyyətin gərginləşdiyini görən şəxs isə çıxış yolunu intihar etməkdə görüb.
Qeyd edək ki, hadisə baş verən zaman evdə heç kim olmayıb.
Lent.az-a verilən digər məlumata görə, F.Quliyev keçən gecə döyə-döyə öldürdüyü 1945-ci il təvəllüdlü T.Rəhimovun oğlu ilə dost olub.
Atalarının öldürüldüyündən xəbər tutan 5 oğul səhər saatlarından özləri qatili axtarmağa başlayıbmış. Artıq həm polis, həm də öldürdüyü kişinin oğulları tərəfindən tapılacağını görən 30 yaşlı Bülbülə sakini isə özünü öldürməkdən başqa yol tapmayıb.
Bütün bu məlum hadisələrlə yanaşı isə yalnız bir şey müəmmalı qalır: 30 yaşlı gənclə 65 yaşlı kişinin arasında olan münaqişənin səbəbi nədir?
Faktla bağlı araşdırma aparılır.
Sualın cavabını Lent.az da axtarır...
Nizam Rza

Oxşar yazılar

Xəbərdaredici nişan olsaydı, Cümşüd ölməyəcəkdi… – Qurumdan açıqlama-VİDEO
30 iyun 2025 , 21:53
Yekaterinburqda vəhşicəsinə öldürülən azərbaycanlıların qardaşı danışdı-VİDEO
30 iyun 2025 , 21:47
Rusiyada öldürülən qardaşların meyiti yaxınlarına təhvil verildi-VİDEO
30 iyun 2025 , 21:05
Şamaxıda müəmmalı ÖLÜM: ailəsi qadının meyitini tapdı
30 iyun 2025 , 19:33
Perinatal Mərkəzdə 7 körpənin ölümünə görə şöbə müdiri ifadə verdi
30 iyun 2025 , 19:00
Saatlıda su üstündə MÜBAHİSƏ: Əmisini şüşə ilə doğradı
30 iyun 2025 , 18:42"Sputnik Azərbaycan"ın ofisində əməliyyat zamanı saxlanılanların adları
30 iyun 2025 , 18:33