Ov meydanında bakılı qonaqları güllələdilər - TƏFƏRRÜAT
Rayonun hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, öldürülən Adil Ayətullayev 20 ildən çox imiş ki, Qubalı-Baloğlan kəndinə qonaq gəlirmiş.
Belə ki, A.Ayətullayev hadisəni törədən 30 yaşlı Qabil Atakişiyevin böyük qardaşının tələbə yoldaşı olub. O, ildə bir neçə dəfə tələbə yoldaşı gilə qonaq gəlirmiş. Bu dəfə isə A.Ayətullayev digər bir dostunu - İ.İdrisovu da götürərək ov üçün Bakıdan Hacıqabula yollanıb.
Rayonun Qubalı-Baloğlan kəndinə çatandan sonra onlara tələbə yoldaşı və onun kiçik qardaşı da qoşulub.
Bir müddət keçəndən sonra qardaşlarla bakılı qonaqlar arasında münaqişə yaranıb. Səbəb hələlik tam aydın olmasa da, mübahisənin “şəhərli-kəndli” söhbəti üstündə düşdüyü ehtimal olunur. Bu zaman 30 yaşlı Qabil tüfənglə A.Ayətullayevi güllələyib. Öldürüləcəyini görən İ.İdrisov isə qaçıb. Q.Atakişiyev ona atəş açsa da, güllə bakılı qonağın boynundan dəyib və ölümcül olmayıb.
Faktla bağlı Hacıqabul rayon prokurorluğunda cinayət işi başlanılıb. Q.Atakişiyev saxlanılıb.
Nizam Rza

Oxşar yazılar

Rusiya vətəndaşları barəsində həbs-qətimkan tədbiri seçildi - YENİLƏNİB 2
1 iyul 2025 , 23:31
Qaxda FACİƏ: Traktor gölə düşdü, sürücü öldü
1 iyul 2025 , 22:48
Sumqayıtda qadını əri bıçaqladı
1 iyul 2025 , 22:27
Şahin Şıxlinskı və oğlu saxlanıldı - VİDEO
1 iyul 2025 , 21:03
Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı
1 iyul 2025 , 19:32Mingəçevirdə zavodda FACİƏ: fəhləni "tok" vurub öldürdü
1 iyul 2025 , 18:59
Ruben Vardanyanın məhkəməsi davam etdirilib
1 iyul 2025 , 18:45