“Ermənistanın qanunları pozması zəiflik əlamətidir”
23 dekabr 2010 13:15 (UTC +04:00)

“Ermənistanın qanunları pozması zəiflik əlamətidir”

“Azərbaycanın ərazi bütövlüyü beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Buna əməl olunmalıdır”.


APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər komitəsinin sədri Səməd Seyidov deyib. Komitə sədri bildirib ki, Ermənistanın beynəlxalq hüquq normalarına əməl etməməsinə Azərbaycan ciddi reaksiya verməlidir və verib: “Biz bütün dünyaya bir daha sübut etmək istəyirik ki, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına imkan verməyəcəyik. Ermənistanın dünyada qəbul olunmuş qayda-qanunları daim pozması güc deyil, əksinə zəiflik əlamətidir. Azərbaycan heç vaxt beynəlxalq hüquq normalarını pozmayıb və pozmaq fikrində deyil. Ancaq bəzən biz eşidir və görürük ki, Ermənistanın beynəlxalq təşkilatlarda mövqeyi aqressivləşir, danışıqlar zamanı kəskin mövqe tuturlar”.


S. Seyidov qeyd edib ki, bu, Azərbaycanın beynəlxalq ictimaiyyətdə mövqeyinin güclü olduğunu göstərir: “Ermənistan başa düşür ki, sözlə, məntiqlə, qanunla, beynəlxalq davranışla fəaliyyətini qura bilmir, ona görə də bu çərçivədən kənar fəaliyyət göstərməyə başlayır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 432

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21