Gəncədə 77 yaşlı təqaüdçü özünü öldürdü
23 dekabr 2010 11:55 (UTC +04:00)

Gəncədə 77 yaşlı təqaüdçü özünü öldürdü

Bu gün səhər saatlarında Gəncə şəhərində intihar hadisəsi baş verib.



Şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Zeynal Xəlil küçəsi 47 ünvanında yaşayan 1933-cü il təvəllüdlü Əzizov Məhərrəm İbrahim oğlu özünü öldürüb. O, səhər tezdən yaşadığı evin həyətindəki qaz borusundan özünü sintetik kəndirlə asıb. Ailə üzvləri bir qədər sonra 77 yaşlı kişinin meyitin asılmış vəziyyətdə aşkarlayıb.


Qeyd edək ki, intihar etmiş M.Əzizov təqaüdçüdür. Bir neçə il əvvəl onun həyat yoldaşı dünyasını dəyişib.


Ahıl kişinin özünü öldürməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 371

Oxşar yazılar