
Bakıda 20 yaşlı qızın oğurlanmasının təfərrüatları - EKSKLÜZİV
Dekabrın 14-də Bakı şəhərində baş vermiş insan oğurluğu faktı ilə əlaqədar Daxili İşlər Nazirliyinə məlumat daxil olub. Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə məlumat verib. Onun sözlərinə görə hadisə Qaradağ rayonu ərazisində “Sədərək” Ticarət Mərkəzinin dayanacağında baş verib: “Dekabrın 15-də Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə Yardımlı rayon Hamar kənd sakini, 1956-cı il təvəllüdlü Hökməli Şəkərov tərəfindən müraciət daxil olub. O, bir gün əvvəl qızı, 1990-cı il doğumlu Asudə Şəkərova ilə birgə rayondan “Sədərək” Ticarət Mərkəzinə gəldiklərini və alış-veriş etdiklərini qeyd edib. Alış-verişi bitirdikdən sonra ata ilə qızı ayrılıblar və ticarət mərkəzinin dayanacağında görüşmək qərarına gəliblər. Lakin ata həmin yerə gəldikdə öz qızını tapa bilməyib. Bir qədər sonra isə H.Şəkərova yaxın qohumu Tural Qocayevdən zəng gəlib. T.Qocayev A.Şəkərovanı qaçırdığını bildirib”.
Lent.az-ın əldə etdiyi digər məlumata görə, qızın atası H.Şəkərov hüquq-mühafizə orqanlarına ilkin ifadəsində T.Qocayevin ondan külli miqdarda pul istədiyini deyib.
Faktla bağlı əməliyyat axtarış tədbirləri aparılır. T.Qocayevin saxlanması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Nizam Rza
Lent.az-ın əldə etdiyi digər məlumata görə, qızın atası H.Şəkərov hüquq-mühafizə orqanlarına ilkin ifadəsində T.Qocayevin ondan külli miqdarda pul istədiyini deyib.
Faktla bağlı əməliyyat axtarış tədbirləri aparılır. T.Qocayevin saxlanması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Nizam Rza
Oxşar yazılar

Bakıda "Prius" "KaMAZ"la toqquşdu, ölən və yaralananlar var
6 may 2025 , 11:10
Beyninə virus düşən məktəbli ÖLDÜ
6 may 2025 , 10:47
Bank kartlarından 13 min manatdan çox pul oğurlandı
6 may 2025 , 10:15
Göyçayda FACİƏ: kişi əməliyyat zamanı öldü
6 may 2025 , 09:56
Azərbaycanda DƏHŞƏT: tələbənin meşədə asılmış meyiti tapıldı
6 may 2025 , 09:51
Bakıda tunelə yenə su doldu - VİDEO
6 may 2025 , 09:45
Bakıda avtomobilin vurduğu piyada xəstəxanada öldü
6 may 2025 , 09:23