”Qara transplantasiya” işində ağlasığmaz iddia
”Qara transplantasiya” ilə bağlı yeni məqamlar üzə çıxmaqdadır. Lent.az-ın “vesti.az” saytına istinadən verdiyi məlumata görə, hələ bu ilin aprelində İsrail polisi bir neçə il qanunsuz şəkildə transplantasiya üçün insan orqanlarının ticarəti ilə məşğul olan cinayətkar qrupun üzvünü saxlayıb.
Həmin şəxs polisə ifadəsində bildirib ki, böyrəyini verməyə hazır olan donorları Azərbaycan, Ekvador və Filippinə göndəriblər. Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə Azərbaycan şəraitində belə əməliyyatların mümkün olmadığını söyləyib. Ancaq Baş Prokurorluq və Daxili İşlər Nazirliyi sonradan Azərbaycanda, Beynəlxalq Universitetin Tibb Mərkəzində belə cərrahi əməliyyatların aparıldığını təsdiqləyiblər. Hüquq-mühafizə orqanlarının məlumatlarına görə, bu Tibb Mərkəzində Ukraynadan gələn, xarici ölkə vətəndaşı olan 10 donor üzərində böyrək götürülməsi əməliyyatı keçirilib.
Bu gün isə Şalimov adına İnstitutun cərrahı Vladislav Zakordonets “Seqodnya” qəzetinə müsahibəsində bəyan edib ki, Azərbaycan Beynəlxalq Universitetinin tibb mərkəzi ilə rəsmi əlaqəsi olub və axtarış zamanı müvafiq müqavilə götürülüb: “Bizim (həkimlər-red.) vəzifəmiz donorları və retsipientləri seçmək deyildi. Ancaq cərrahi əməliyyatları yerinə yetirirdik. Mənim bildiyim qədər, Azərbaycan Səhiyyə Nazirliyində bu məsələləri həll edən xüsusi komissiya var. Məsələ ondadır ki, Azərbaycan qanunlarına görə, Ukraynada olduğu kimi orqan köçürmələri üçün qohumluq əlaqələri əsas deyil. Yəni biz yerli qanunları pozmamışıq. Tibb Mərkəzində donorlardan yalnız narkoloji dispanserdən və psixiatordan arayış tələb olunub. Donorların tibbi göstəricilərə uyğun toplanması ilə kimin məşğul olduğunu isə mən bilmirəm”.
Vladislav Zakordonets bildirib ki, Azərbaycan Beynəlxalq Universitetinin Tibb Mərkəzində cərrahi əməliyyat keçirilən zaman onu məlumatlandıraraq bilet göndəriblər. Bu məktublar ya elektron formada olub, ya da kuryer vasitəsilə göndərilib. Bakıya gedən zaman cərrah Şalimov adına İnstitutdan məzuniyyət alıb: “Cərrahi əməliyyata görə Dərhal qonorar barədə söhbət getməyib, ancaq insanlara köməkdən danışılıb. Sonra nə olub, mən bunu müzakirə etmək istəmirəm. Bakıda bizi Tibb Mərkəzinin təmsilçiləri qarşılayıb. Daha sonra otelə, yaxud birbaşa Tibb Mərkəzinə getmişik. Cərrahi əməliyyat ya həmin günə, ya da sonrakı günə təyin olunub. Əvvəlcə donordan böyrək götürülüb, daha sonra isə transplantasiya həyata keçirilib. Bu əməliyyatı 1 günə həyata keçirmək daha yaxşıdır. Yəni, böyrək soyuducuda nə qədər az qalsa, daha yaxşıdır. Sonra biz 5 gün müşahidə edirdik, əgər hər şey normaldırsa, təyyarə ilə geri uçurduq. Xəstə də 5-7 günə öz vətəninə qayıdırdı. Biz Bakıda yalnız böyük köçürmələri ilə məşğul olmuşuq”.
Cərrah imzaladığı müqavilənin 1 il qüvvədə olduğunu, ilk dəfə Bakıya 2009-cu ilin mayında gəldiyini söyləyib: “Nə qədər cərrahi əməliyyat apardığımı dəqiq deyə bilmərəm, hüquq-mühafizə orqanları 20-yə qədər əməliyyatın keçirildiyini söyləyirlər - bu, həqiqətə yaxındır. Ancaq hələ məni 3 epizod üzrə dindiriblər”.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “vesti.az”a açıqlamasında deyib ki, bu gün də qara transplantasiya işi ilə bağlı istintaq tədbirləri davam edir. Bununla bağlı Beynəlxalq Universitetin Tibb Mərkəzinin vəzifəli şəxslərinə qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticəyə səbəb olan xidməti səlahiyyətləri aşmaq) maddəsinə əsasən cinayət işi açılıb.
Ancaq təhqiqatçılar hələ istintaq maraqlarına əsaslanaraq saxlanılanların olub-olmaması barədə məlumat verməyə tələsmirlər. Baş Prokurorluğun araşdırmanın ilkin nəticələrini də nə vaxt elan edəcəyi məlum deyil. “Seqodnya” qəzetində bu gün işıq üzü görən müsahibəyə münasibət bildirən Eldar Sultanov deyib ki, qəzetdə Beynəlxalq Universitetin Tibb Mərkəzinin direktoruna qarşı cinayət işi qaldırılması barədə informasiya həqiqətə uyğun deyil: “Ukraynada Azərbaycan Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumat düzgün tərcümə edilməyib”.
Vladislav Zakordonetsin Azərbaycan Səhiyyə Nazirliyində donorların seçimi ilə bağlı xüsusi komissiyanın fəaliyyət göstərməsi barədə söylədikləri də şübhəli və absurddur. Səhiyyə Nazirliyində belə komissiya fəaliyyət göstərə bilməz. Çünki insan orqanlarının satışının qanunla qadağan olunduğunu Səhiyyə Nazirliyində də bilirlər. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Səhiyyə Nazirliyində donorların və retsipientlərin seçimi ilə məşğul olan komissiya yoxdur: “Azərbaycan Beynəlxalq Universitetinin Tibb Mərkəzi özəl müəssisədir. Səhiyyə Nazirliyinin bu Tibb Mərkəzinə verdiyi lisenziya yalnız stasionar və ambulator fəaliyyəti nəzərdə tutub və hansısa insan orqanlarının transplantasiyası ilə bağlı əməliyyatlara icazə verməyib. Belə cərrahi əməliyyatları keçirməklə Tibb Mərkəzi lisenziya şərtlərini pozub. Buna görə də bu Tibb Mərkəzinə verilən lisenziya ləğv olunub, Tibb Mərkəzinin fəaliyyəti dayandırılıb”.

766