Moskvada azərbaycanlı iş adamı güllələnib
26 noyabr 2010 10:00 (UTC +04:00)

Moskvada azərbaycanlı iş adamı güllələnib

APA-nın məlumatına görə, hadisə noyabrın 25-də yerli vaxtla saat 20.30-da baş verib.

“Mercedes”in sürücüsü çoxsaylı güllə yarası alıb. O, Sklifosovski adına İnstitutun reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Müəyyən olunub ki, zərərçəkən şəxs 45 yaşlı, əslən Azərbaycandan olan kişidir. Adı açıqlanmayan şəxs Moskva vilayətində yaşayır, orada daimi qeydiyyatdadır. Onun Rusiya paytaxtında avtomobil salonu var. Hadisə baş verən zaman avtomobildə olan sərnişin isə zərər çəkməyib. Şahidlərin sözlərinə görə, atəş açılarkən sürücü idarəetməni itirib, nəticədə “Mercedes” digər avtomobillərə çırpılıb.

Yol milisi hadisənin baş vermə şəraitini araşdırır.

Paytaxtda isə “Perexvat” (“Yaxalama”) planı elan edilib. Şahidlər hücum edənlərin maşınının əlamətlərini hüquq-mühafizə orqanlarına bildiriblər. Bəzi məlumatlara görə, atəş açan bir nəfər olub. O, atəş açdığı “Kalaşnikov” avtomatını hadisə yerinə ataraq qaçıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 657

Oxşar yazılar