Günün tarixi
20 noyabr 2010 00:20 (UTC +04:00)

Günün tarixi

284. Roma imperatoru Diokletian anadan olub

1889. Amerikan astronom Edvin Habbl anadan olub

1910. Rus yazıçısı Lev Tolstoy vəfat edib

1917. Ukrayna Respublikası elan edilib

1918. Milli Şura Azərbaycan Parlamentinin yaradılması haqqında qanun qəbul edib

1922. Lozan Konfransı işə başlayıb

1940. Xanəndə Keçəçi oğlu Məhəmməd vəfat edib

1943. İstanbul Texniki Universiteti açılıb

1945. Təbrizdə “Azərbaycan Xalq Konqresi” təsis edilib

1945. İkinci Dünya Müharibəsi hərbi cinayətkarların mühakimə edildiyi “Nürenberq prosesi” başlayıb. Nürenberq prosesi həm də sinxron tərcümənin başlanğıcı kimi qəbul edilir

1957. Xəzərdə fırtına nəticəsində Mixail Kaveroçkin və Süleyman Bağırovun rəhbərlik etdiyi 21 nəfərlik 2 neftçi briqadası həlak olub. Şahidlərin dediyinə görə, o vaxt Neft Daşlarında dalğanın hündürlüyü 40 metrə çatıb

1959. BMT “Uşaq hüquqları haqqında Bəyannamə” qəbul edib

1962. “Karib böhranı” tam olaraq başa çatıb

1975. Bakıda Üzeyir Hacıbəyovun ev muzeyi açılıb

1975. İspan generalı Franko vəfat edib

1979. Xəstələrə ilk dəfə süni qan köçürülüb

1985. “Microsoft Windows 1.0.” təqdim edilib

1990. Sovet seriya qatili, manyak Andrey Çikatilo həbs edilib

1991. Azərbaycan Respublikası hökumət nümayəndələri, SSRİ müdafiə Nazirliyi, Rusiya və Qazaxıstan müşahidəçilərini daşıyan “Mİ-8” vertolyotu Martuni (indiki Xocavənd) rayonunda ermənilər tərəfindən vurulub. Bu hadisə Azərbaycan tarixinə Qarakənd faciəsi kimi düşüb

1992. Azərbaycan İran birgə komissiyasının 6 noyabrda Bakıda başlayan iclası başa çatıb. İranla Azərbaycan arasında iqtisadi əməkdaşlıq haqqında memorandum imzalanıb

2000. Avropa Şurası Nazirlər Komitəsinin Nümayəndələr səviyyəsində keçirilmiş 730-cu görüşündə AŞPA-nın 2001-ci ilin yanvar ayında keçiriləcək növbəti sessiyasına qədər bütün iclaslarının gündəliyinə “Ermənistan və Azərbaycanın demokratik inkişafının müşahidə edilməsi” adlı bənd daxil edilib. Bir digər qərarla, Monitorinq Qrupu («AQO» qrupu) İtaliyanın Daimi Nümayəndəsinin Sədrliyi ilə Avstriya, Fransa, Gürcüstan, Yunanıstan, İtaliya, Latviya, Niderland, Rumıniya, Rusiya Federasiyası, İsveç, İsveçrə, Türkiyə və Almaniya nümayəndələrindən təşkil edilib

2003. İstanbulda ingilis səfirliyinə və “HSBS” banka bombalı hücum nəticəsində 30 nəfər həlak olub, 450-dən çox insan yaralanıb.

Günün aforizmi

“Biz hələ bilmirik ki, Hitler tarixə necə düşəcək: bəşəriyyətin əziyyət çəkəcəyi bir müharibəni başlayacaq şəxs, yoxsa böyük alman xalqının şərəfini və sülh hissini bərpa edəcək insan kimi?”

İngilis siyasətçi Uinston Çörçil
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 735

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21