Jurnalist Rafael Mustafayevi vuran sürücü ilə bağlı bəzi təfərrüatlar məlum olub - YENİLƏNİB
Tanınmış jurnalist Rafael Mustafayevi avtomobillə vuran sürücünü polisə atası təhvil verib. Bu barədə APA-ya Yasamal Rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, İ. İsmayılovun atası Behbud İsmayılov uzun illər Respublika Baş Prokurorluğunda çalışıb və məhz məlum hadisədən sonra B. İsmayılov peşmanlıq hissi keçirərək tutduğu vəzifədən azad edilməsi ilə bağlı ərizə yazıb. B. İsmayılov ərizəsi əsasında işdən azad olunub.
İ. İsmayılov barəsində isə Yasamal rayon prokurorunun təqdimatı əsasında rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Cinayət işinin araşdırılması Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin ciddi nəzarəti altında aparılır.
Qeyd edək ki, hadisə noyabrın 14-də Şərifzadə küçəsi, 165 ünvanında qeydə alınıb. İ. İsmayılov idarə etdiyi, dostu Fərid Əfəndiyevə məxsus maşınla piyadalar Rafael Mustafayev və Qasım Muradpuru vurub. Nəticədə ağır xəsarətlər alan piyadalar sürücüdən onları xəstəxanaya çatdırmalarını xahiş ediblər. Sürücü əvvəlcə onları maşına götürsə də, sonradan Z. Kərimov küçəsində ataraq qaçıb. R. Mustafayev orada dünyasını dəyişib. Q. Muradpur isə sonradan xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, qəzada ölən R. Mustafayev 1955-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Neft Kimya Akademiyasını bitirib. Bir sıra yerli informasiya agentliklərində çalışan R. Mustafayev Rusiyanın “Kommersant”, “Novıe İzvesiya” qəzetləri ilə də əməkdaşlıq edib. 2004-cü ildən Rusiyanın “Reqnum” informasiya agentliyinin əməkdaşı olub.
R. Mustafayev ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin böyük qardaşıdır.

Oxşar yazılar

Xəstəxanada kütləvi İNTİHAR CƏHDİ: Qızlar özlərini binadan atdılar
30 aprel 2025 , 19:59
Rayon polis idarəsinin rəisi rüşvətə görə TUTULDU
30 aprel 2025 , 18:44
Hərbçi 5 aylıq hamilə olan arvadını maşınla əzib öldürdü
30 aprel 2025 , 18:06
DSX mayoruna hücum edən idmançıların həbs müddəti uzadıldı
30 aprel 2025 , 16:57
Əxlaqsızlıq yuvası təşkil edən ata-oğul saxlanıldı
30 aprel 2025 , 16:56
Aeroportda əcnəbinin cibindən 14 milyonluq qızıl tapıldı
30 aprel 2025 , 16:28
Lənkəranda 3 uşaq anası özünü asdı - YENİLƏNİB
30 aprel 2025 , 15:35