Xaçmazda ev yandı
0
0
Xaçmazın Qusarçay kənd sakini Məzahir Mahmudova məxsus evdə yanğın baş verib. Yanğına sahibi tərəfindən evin içinə açıq halda yığılan ota od düşməsi səbəb olub.
Yanğın nəticəsində 5 tondan artıq otla bərabər evin 90 kvadratmetr hissəsi də yanıb. Yanğının qarşısını Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 maşını alıb. Xaçmaz DYMH-dən Lent.az-a verilən məlumata görə, hadisənin səbəbi araşdırılır.
Bundan əlavə Quba rayonunun Alpan kəndində də yanğın olub. Kənd sakini Yaşar Həmidova məxsus 450 ot bağlaması yanaraq külə dönüb. Quba DYMH-nin Lent.az-a verilən məlumata görə, hadisə azyaşlının səhlənkarlığı ucbatından baş verib. Quba DYMH-nin əməkdaşları 2 saat ərzində yanğının qarşısı alıb.