Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib
13 noyabr 2010 17:34 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Bu barədə APA-ya açıqlamasında Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, cari ilin 10 ayı ərzində ölkənin avtomobil yollarında 2194 yol qəzası qeydə alınıb. Nəticədə 755 nəfər həyatını itirib, 2292 nəfər isə xəsarət alıb.

K. Əliyev respublikada baş vermiş yol qəzalarının əksəriyyətinə yüksək sürətin səbəb olduğunu deyib. O, həmçinin Bakı şəhərində ölümlə nəticələnən yol qəzalarının böyük əksəriyyətinin isə piyadaların vurulması ilə bağlı olduğunu bildirib.

K. Əliyev deyib ki, Respublika Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri avtomobillərdən olduqca ehtiyatlı istifadə etməyə, yüksək sürətə son qoymağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 605

Oxşar yazılar