Zəvvarlarımızdan birinin ürəyində əməliyyat keçirilib
Zəvvar Namiq Qurbanov Məkkədən APA-ya bildirib ki, zəvvarlar bir gün Minada qaldıqdan sonra sabah gecə Ərəfat dağına qalxacaqlar.
Noyabrın 15-də günortadan şam azanına qədər Ərəfatda dayanacaq zəvvarlar daha sonra Müzdəlifə çölünə yollanacaqlar, gecəni burada qalaraq şeytana atmaq üçün daş toplayacaqlar.
Noyabrın 16-da Günəş çıxdıqdan sonra zəvvarlar böyük şeytana daş atıb, qurban kəsəcəklər. Qurban Bayramı Səudiyyə Krallığında noyabrın 16-da qeyd olunur.
Azərbaycan zəvvarların sağlıq durumu normaldır. Adının açıqlanmasını istəməyən 40 yaşlı zəvvarımızın ürək damarlarının genişləndirilməsi əməliyyatı (anju) aparılıb. Əməliyyat Səudiyyə Ərəbistanında fəaliyyət göstərən Qırmızı Aypara Cəmiyyətinin maddi dəstəyi ilə Məkkə xəstəxanasında baş tutub.
Hazırda onun vəziyyəti normaldır.

475