Dağıstanda Azərbaycan vətəndaşı olan yaraqlı öldürülüb
13 noyabr 2010 10:21 (UTC +04:00)

Dağıstanda Azərbaycan vətəndaşı olan yaraqlı öldürülüb

0
APA-nın məlumatına görə, meyiti Daxili İşlər Nazirliyinin əməkdaşları əməliyyat-axtarış tədbirləri zamanı aşkarlayıblar. Hüquq-mühafizə orqanlarındakı mənbə RİA “Daqestan” agentliyinə bildiriblər ki, qanunsuz hərbi birləşmənin üzvü olan yaraqlının noyabrın 5-də keçirilmiş xüsusi əməliyyat zamanı öldürüldüyü güman edilir.

“Öldürülmüş şəxsin üzərindən Azərbaycan Respublikasının vətəndaşı, 1979-cu il təvəllüdlü Hacıyev Hacı Süleyman oğlunun adına olan pasport tapılıb. O, Azərbaycanın Qax rayonunun Şəkil kəndində yaşayıb. Meyitin yanında 1 ədəd “F-1” qumbarası və iki sim-kart da aşkarlanıb”, - deyə mənbə bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 594

Oxşar yazılar