“Mingəçevir reqatası-2010”un açılış mərasimi keçirildi
Lent.az-ın məlumatına görə, Mingəçevir şəhərindəki “Kür” Olimpiya Təlim-Tədris Mərkəzində keçirilənn mərasimdə Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Elçin Zeynalov, Rusiya Akademik Avarçəkmə Federasiyasının dövlət məşqçisi Nikolay Rusak, Gürcüstan Avarçəkmə Federasiyasının prezidenti Bejani Xurtsidze və digər nüfuzlu qonaqlar iştirak ediblər.
Mərasimdə çıxış edən Elçin Zeynalov “Kür” Olimpiya Təlim-Tədris Mərkəzinin açılışında prezident İlham Əliyevin iştirak etdiyini, mərkəzdə idmançılar üçün hər cür şəraitin yaradıldığını qeyd edib. O, Azərbaycanda avarçəkməyə göstərilən diqqət və qayğıdan danışıb. Fedrasiya prezidenti noyabrın 13-də startı veriləcək Mingəçevir reqatasının yüksək səviyyədə təşkil olunacağına, yarışın yüksək rəqabət şəklində keçəcəyinə əmin olduğunu bildirib. Onun sözlərinə görə, yarışda Azərbaycanla yanaşı, Gürcüstan. Rusiya və Ukrayna idmançıları da mübarizə aparacaqlar.
Daha sonra çıxış edən yarışın baş hakimi Mixail Syabro, AMAF-ın baş katibi Sərdar Mirzəyev Təlim-Tədris bazasının Avropanın ən yaxşılarından olduğunu, yarışların yüksək şəraitdə keçiriləcəyini vurğulayıblar.
Daha sonra isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və yarış açıq elan olunub.
Rusiya Akademik Avarçəkmə Federasiyasının dövlət məşqçisi Nikolay Rusak Elçin Zeynalova, Bejan Xurtsidzeyə və digər bir neçə nəfərə Rusiyada avarçəkmənin 150 illiyi münasibəti ilə döş nişanı təqdim edib.

699