Bakı və Gəncədə qətllər törədən mütəşəkkil dəstə üzvlərinə cəza istənilib
12 noyabr 2010 16:20 (UTC +04:00)

Bakı və Gəncədə qətllər törədən mütəşəkkil dəstə üzvlərinə cəza istənilib

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakı və Gəncə şəhərlərində qətllər törətməkdə təqsirləndirilən iş adamı Şöhrət Quliyevin və onun başçılıq etdiyi 12 nəfərdən ibarət mütəşəkkil dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın xəbərinə görə, prosesdə dövlət ittihamçısı çıxışını davam etdirib. Prokuror dəstə üzvlərindən İlham Şabanovun əmlakı müsadirə olunmaqla ömürlük, Anar Həsənovun ömürlük, Səxavət Xudiyevin 15 il, Xəzər Kazımovun 10 il, Məharət İsmayılovun 4 il 6 ay, Bilal Verdiyevin 4 il 6 ay, Elim Şahmuradovun 4 il, Nuru Atayevin 4 il, İlahibə Ələsgərovun 3 il 6 ay, Zabit Abdinovun 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Onu da qeyd edək ki, ötən gün keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, Şöhrət Quliyevin və Mehman Qəhrəmanovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib. Bu zaman Şöhrət Quliyev üzərində gizlətdiyi ülgüclə damarlarını kəsib. Buna görə də proses təxirə salınıb.

Bu gün dövlət ittihamçısı çıxış edəndən sonra zərərçəkmiş tərəfə söz verilib. Onlar prokurorun çıxışı ilə razı olduqlarını bildiriblər. Təqsirləndirilən şəxslər və onların vəkilləri isə müdafiə çıxışına hazır olmadıqları üçün proses noyabrın 18-dək təxirə salınıb.

İttihama görə, 2003-cü ilin dekabr ayında Şöhrət Quliyev Mehman Qəhrəmanovla birgə Anar Həsənov, Səxavət Xudiyev, İlham Şabanov, Xəzər Kazımov və Elmar Qasımovdan ibarət silahlı mütəşəkkil dəstə yaradaraq onu odlu silah və döyüş sursatı ilə təchiz ediblər. Şöhrət Quliyev cinayətkar dəstənin üzvlərinə Bakı şəhərində sahibkarlıqla məşğul olan Əhməd İbrahimovun öldürülməsini tapşırıb və bunun müqabilində onlara 25.000 ABŞ dolları məbləğində pul mükafatı verəcəyini vəd edib. Sonuncunun Bakı şəhərində yaşadığı ünvanı, işdən evə qayıtma vaxtını və marşrutunu müəyyənləşdirən cinayətkar dəstənin üzvü Anar Həsənov 2003-cü il dekabrın 18-də Əhməd İbrahimova yaşadığı binanın girişində “Makarov” markalı tapançadan atəş açaraq onu öldürüb. Cinayətin aləti olan “Makarov” tapançası həmin il dekabrın 27-də Bakı şəhəri B. Nuriyev küçəsi 32 saylı binanın yaxınlığındakı bağ sahəsindən tapılaraq götürülüb və ekspert rəyi ilə hadisə yerində aşkarlanıb güllə və gilizlərin qeyd olunan tapançadan atılması təsdiqlənib. Şöhrət Quliyev, mütəmadi olaraq ondan pul tələb edən Gəncə şəhər sakini Kamal Ələkbərovun öldürülməsini də sifariş verərək bununla əlaqədar cinayətin icraçılarına 25.000 ABŞ dolları pul mükafatı vəd edib. 2004-cü il martın 22-də “Makarov” tapançası ilə silahlanan cinayətkar dəstənin üzvü İlham Şabanov Kamal Ələkbərovu yaşadığı evin qarşısında qətlə yetirib.

İstintaqla cinayətin aləti olan tapançanı dəstənin digər üzvü Elmar Qasımovun Gəncə şəhərindəki idman klubunun işçisi Məharət İsmayılovdan 600 ABŞ dollarına alması müəyyən edilib və həmin silah 2009-cu il mayın 26-da dəstə üzvü İlham Şabanovun Gəncə şəhərində yaşadığı evin həyətində basdırdığı yerdən götürülüb. Ekspert rəyi ilə hadisə yerində aşkar edilən gilizlərin və Kamal Ələkbərovun meyitindən çıxarılan güllələrin həmin silahdan atılması təsdiqlənib.
İstintaq prosesində o da müəyyən olunub ki, cinayətkar dəstənin üzvləri Gəncə şəhərində fəaliyyət göstərən Xəzər Kazımova məxsus “Quş südü” adlandırılan kafedə mütəmadi yığışaraq törədəcəkləri cinayətlərin plan və detallarını müzakirə edib, eləcə də narkotik vasitələrin istehlak və satışını həyata keçiriblər. 2009-cu ilin iyununda kafedə aparılmış axtarış zamanı Xəzər Kazımov tərəfindən qanunsuz əldə edilib kafenin zirzəmisində gizlədilmiş “Kalaşnikov” avtomatı, 30 ədəd patron, habelə Rabit Abdinovun üzərindən Mehman Qəhrəmanovdan 250 manata aldığı narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Şöhrət Quliyev, Mehman Qəhrəmanov, İlham Şabanov, Anar Həsənov, Səxavət Xudiyev, Xəzər Kazımov, Məharət İsmayılov, Rabit Abdinov, Elim Şahmuradov, Bilal Verdiyev, Nuru Atayev və İlahibə Ələsgərovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə), 217-ci (banditizm) və 228-ci (qanunsuz olaraq odlu silah, sursat əldə etmə və saxlama) və digər maddələri ilə təqsirləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 601

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46