Sumqayıtdakı dəhşətli qətllə bağlı mətbuat konfransı keçirilib
Lent.az-ın məlumatına görə, şəhər prokurorluğunun böyük müstəntiqi Pərviz Əliyev jurnalistlərin suallarını cavablandırıb.
O bildirib ki, 1970-ci il təvəllüdlü Elşad Rüstəmzadə atası - 1928-ci il təvəllüdlü Karpat Rüstəmovu, həyat yoldaşı - 1975-ciil təvəllüdlü Ülviyyə Rüstəmzadəni, qızları - 1998-ci il təvəllüdlü Samirə və 2003-cü il doğumlu Nərgizi küt alətlə öldürüb və daha sonra qonşuluqdakı doqquzmərtəbəli binanın damına çıxaraq intihar edib: “Baş vermiş hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğunun nümayəndələri hadisə yerində olub. Meyitlər aidiyyatlı orqanlara ekspertiza üçün göndərilib. Hadisənin baş verməsinə gəlincə, ilkin ehtimal kimi ailə daxilində münaqişənin nəticəsində bu hadisə yaranıb. Alınmış izahatlardan məlum olur ki, Elşad Rüstəmzadə son zamanlar psixi pozuntudan əziyyət çəkirmiş və bununla bağlı həkimə də müraciət olunub. Hal hazırda faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7 maddələri ilə cinayət işi açılıb”.
Qeyd edək ki, buna kimi E.Rüstəmzadənin anasını da qətlə yetirdiyi bildirilirdi. Son məlumata görə, hadisə zamanı evdə yalnız 5 nəfər olub. Hadisəni törətmiş Elşad Rüstəmzadənin böyük qardaşı Elbrus 2007-ci ildə avtomobil qəzasında dünyasını dəyişib.
Natiq Qədimov

674