Oğurluq, xuliqanlıq, soyğunçuluq və zorlamada təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu
10 noyabr 2010 16:38 (UTC +04:00)

Oğurluq, xuliqanlıq, soyğunçuluq və zorlamada təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu

Lent.az-ın məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçən məhkəmə prosesinin qapalı keçməsinə səbəb, dəstə üzvlərinin əməllərində seksual zorakı hərəkətlərin olması idi.

Məhkəmə istintaqı dövrü müəyyən olunub ki, Məmmədov Baba Əyyub oğlu bu ilin aprel ayında ətrafına bir neçə şəxs yığaraq vətəndaşlardan hədə-qorxu yolu ilə pul və qiymətli əşyaları almaqla cinayət törədiblər. Dəstə üzvləri bu cinayət hərəkətlərini əsasən axşamlar, qaranlıq düşdükdən sonra həyata keçiriblər.

Cəzasız qaldıqlarını görən dəstə üzvləri törətdikləri cinayət hərəkətlərinin əhatəsini genişləndirərək yaşayış sahələrindən, mənzillərdən oğurluq etmək qərarına gəlirlər. Əldə olunmuş gəlirlər isə tən bölünürmüş.

Təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunan Baba Məmmədov, Seymur Qarabayramov, Taleh Məmmədli və Elnur Həşimov cinayət əməllərinin əksəriyyətini Hövsan qəsəbəsində törətdiklərini etiraf ediblər.

Onlar parklarda qrup şəklində gəzərək yetkinlik yaşına çatmayan şəxsləri təhqir etdiklərini, etiraz bildirənləri isə döydüklərini söyləyiblər.

Dəstə üzvlərinin əməlləri içərisində ən dəhşətlisi 14 yaşlı yeniyetməyə qarşı törədilib. Dəstə üzvü Baba Məmmədov “həmkarı” Taleh Məmmədlinin işlədiyi kafenin gözətçi otağında Suraxanı rayon sakini Rəhimin (ad şərtidir) əl-qolunu kəndirlə bağlayaraq, onu zorlayıb.

Sadalanan faktları nəzərə alaraq, məhkəmə kollegiyası dəstəyə rəhbərlik edən Baba Məmmədova 9, Seymur Qarabayramova 7, Taleh Məmmədliyə 7, Elnur Həşimova isə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verdi.

Natiq Qədimov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 522

Oxşar yazılar