Gəncədə qayınata kürəkənini güllələdi - TƏFƏRRÜAT
Gəncə Şəhər Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisə Kəpəz rayonunda ailə münaqişəsi zəminində baş verib. 1954-cü il təvəllüdlü Qurban Məmmədov ov tüfəngi ilə kürəkəni, 1980-ci il təvəllüdlü Samir Quliyev vurub.
Ayaq nahiyəsindən güllə yarası almış gənc xəstəxanaya yerləşdirilib. Kürəkəninin həyatına son qoymaq istəyən qayınata isə saxlanılıb.
Gəncə şəhər Polis İdarəsinin tədqiqatçısı Ceyhun Musayev Lent.az-a bildirib ki, Q.Məmmədovun kürəkənini öldürmək niyyəti olmayıb. Buna görə o, tüfəng patronunun içinə öldürücü qırma əvəzinə duz doldurub. O, bu yolla həm də tüfəngin səsinin bərk çıxacağına ümid edirmiş. S.Quliyevin ayağına atəş açıqdan sonra bədəni yandırıcı duzla dolmuş kürəkən yıxılıb və yaxınlıqdakı şəxslər onu xəstəxanaya aparıblar.
30 yaşlı kürəkən Q.Məmmədovun qızı ilə 3 yaya yaxındır ki, boşanıb. Lakin bundan sonra oğlan tərəfi qız evindən əl çəkmirmiş və barışmaq istəyirmiş. Dəfələrlə Qurban kişinin qapısına glsələr də rədd cavabı alırlarmış. Artıq səbri tükənən qayınata keçmiş kürəkənini qorxutmaq qərarına gəlib. S.Quliyevin onların qapısını təpikləməsi kişini lap özündən çıxarıb.
Qeyd edək ki, Q.Məmmədov 1981-ci ildən Ovçular İttifaqının üzvüdür.
Nizam

636