Günün tarixi
09 noyabr 2010 00:20 (UTC +04:00)

Günün tarixi

1818. Rus yazıçısı İvan Turgenev anadan olub

1888. Avropa Birliyinin ideya müəllifi hesab olunan fransız iqtisadçı Jan Mone anadan olub

1914. Səttar xan vəfat edib

1918. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qəbul edilib. Bu tarix Dövlət bayrağı günü kimi qeyd edilir və qeyri-iş günü hesab olunur.

1918. ADR hökuməti 16 noyabrda Milli Şura çağırmaq barədə qərar verib

1953. Kamboca müstəqilliyini elan edib

1970. Keçmiş fransız prezidenti, general Şarl de Qoll vəfat edib

1973. Aktyor Rza Əfqanlı vəfat edib

1982. Kənan Evren Türkiyə prezidenti seçilib

1985. Bakı şahmat məktəbinin yetirməsi olan Harri Kasparov Anatoli Karpovu məğlub edərək dünya çempionu olub

1989. İki Almaniyanı ayıran Berlin divarları yıxılıb. Bu tarix “Soyuq müharibə” dövrünün sonu hesab olunur

1982. Turqut Özal Türkiyə prezidenti seçilib

1991. Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq Türkiyə tanıyıb

1992. “Avropada adi silahlar haqqında Müqavilə” qüvvəyə minib

1994. Yazıçı Bayram Bayramov vəfat edib

1994. Alman fizikləri yeni kimyəvi element sintez edərək yaşadıqları şəhərin şərəfinə onu “darmştadium” adlandırıblar

1999. Azərbaycan “Beynəlxalq mülki aviasiya haqqında Konvensiyanın dəyişdirilməsinə aid Protokol”a qoşulub

2003. “Əl-Qaidə”nin Səudiyyədə kral sarayına terror hücumu nəticəsində 20-yə yaxın insan həlak olub.

Günün aforizmi

“Bir kərə yüksələn bayraq, bir daha enməz”

M.Ə.Rəsulzadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 479

Oxşar yazılar