“Loğmed” klinikasının direktoru Əlibala Sadıqov tutulub
08 noyabr 2010 15:20 (UTC +04:00)

“Loğmed” klinikasının direktoru Əlibala Sadıqov tutulub

Azərbaycan Vergilər Nazirliyi “Loğmed” klinikasında aparılan yoxlamalarla bağlı rəsmi məlumat yayıb. APA-nın Vergilər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən 8 iyul 2010-cu il tarixdə “Loğmed” MMC-də vergiləri ödəməkdən yayınma faktı üzrə Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət işi başlanıb.

İstintaq zamanı müəyyən edilib ki, klinika tərəfindən vergi orqanlarına təqdim olunmuş bəyannamələrdə 2008-ci ilin III, IV rübləri və 2009-c ilin 11 ayı ərzində ümumi dövriyyə 45 min manat göstərilib. Həmin rəqəm yalnız xəstələrə göstərilən ambulator xidmətlərin nəzarət-kassa aparatına vurulan hissəsidir. Bu rəqəmlər nəzarət kassa aparatlarına (NKA) vurulan çeklərdə əksini tapıb və 2009-cu ilin xəzinə kitabına işlənilib. Göstərilən məbləğin əsas hissəsi qeyri-rəsmi qaydada işçilərin əmək haqlarına silinib. Yoxlamanın əhatə etdiyi dövrdə klinikada 495 xəstə üzərində müxtəlif cərrahiyyə əməliyyatları aparılsa da, həmin əməliyyatlardan əldə edilmiş pul vəsaitləri rəsmi hesabatlarda göstərilməyib. Klinikanın xəzinəsinə mədaxil edilməyib. Mütəxəssis rəyinə görə, klinikada 59 713,99 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb.

Noyabr ayının 5-də “Loğmed” MMC-nin direktoru Sadıqov Əlibala Abduləzim oğlu külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırdığına görə Departament tərəfindən şübhəli şəxs qismində tutulub.

İstintaqla, həmçinin müəyyən edilib ki, Məmmədov Nazim Hüseyn oğlu (sabiq deputat) 28 sentyabr 2009-cu il tarixli müqaviləyə əsasən aylıq icarə haqqı 4000 manat olmaq şərtilə “Loğmed” MMC yerləşən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 65 ünvanındakı beş mərtəbəli binanın birinci mərtəbəsindəki 329,4 kv.m. ölçüdə qeyri-yaşayış sahəsini tibb müəssisəsi məqsədilə icarəçinin istifadəsinə verib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1171

Oxşar yazılar