Qubada canavarlar kəndə hücum etdi
05 noyabr 2010 12:33 (UTC +04:00)

Qubada canavarlar kəndə hücum etdi

Qubanın Barlı kəndi canavarların hücumuna məruz qalıb. Kənd sakini Xadimə Xanımağanın həyətindəki qoyunlar yırtıcıların qurbanı olub. Canavarların hücumu gecə saatlarında baş verdiyindən ev yiyəsinin hadisədən xəbəri olmayıb. Həyətdəki tövləyə soxulan yırtıcılar oradakı 17 qoyundan 5-ini parçalayıb, 3-ünü isə yaralayıblar.

Lent.az-ın bölgə müxbirinin məlumatına görə, Quba rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən yaralı heyvanlara quduzluğa qarşı vaksin vurulub.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1366

Oxşar yazılar