Biləsuvarda 21 yaşlı oğlan özünü güllələdi
Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Yuxarı Cürəli kənd sakini, 1989-cu il təvəllüdlü Elnur Bayramov ov tüfəngi ilə səhvən özünü ayaq nahiyəsindən vurub. Hadisənin ehtiyatsızlıq üzündən baş verdiyi bildirilir.
Qeyd edək ki, E.Bayramov kəndin yaxınlığındakı örüş sahəsində mal-qara otarırmış. O ov tüfəngi ilə həmin vaxt ərzində çöl quşu vurmaq istəyirmiş.
Xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti normaldır.
Faktla bağlı araşdırma aparılır.
Nizam Rza

547