Gəncədə atışma olub
Noyabrın 2-də Gəncənin Nizami rayonu ərazisində atışma olub. Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, sərxoş halda olan şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuş Telman Məmmədov və Elmir Əsədov borc pul ilə əlaqədar həmyerliləri Səbuhi Məmmədzadəyə məxsus 1 mərtəbəli 5 otaqlı evi yandırıblar. Daha sonra həmin şəxslər "VAZ-2107" markalı avtomaşında hadisə yerindən qaçıblar.
Yanğın nəticəsində S.Məmmədzadəyə məxsus ev tamamilə əşyaları ilə birgə yanaraq külə dönüb.
Nizami (Gəncə) Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən S.Məmmədzadənin həyətinə baxış keçirilib, oradan 1 ədəd qumbara aşkar edərək götürüb. T.Məmmədovun və E.Əsədovun tutulması üçün həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Telman avtomat silahdan atəş açıb və onlar avtomaşını hadisə yerində ataraq qaçıb. Atışmada xəsarət alan olmayıb. Avtomaşına baxış keçirilən zaman 1 ədəd qumbara, 120 ədəd güllə, 1 ədəd zirehli gödəkçə aşkar edilərək götürülüb.
Nizami RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Məmmədov Gəncə şəhərinin ərazisində tutulub. Ondan 1 ədəd "AKM" markalı silah, 1 ədəd qumbara və 1 ədəd güllə darağı götürülüb. Digər şəxsin axtarışları istiqamətində iş aparılır.

923