İraqda həlak olan azərbaycanlı zəvvar dəfn edilib
İraqda baş vermiş partlayışda həlak olan azərbaycanlı zəvvar İntiqam Rüstəmov bu gün Nardaran kənd məzarlığında dəfn edilib.
APA-nın məlumatına görə, mərhumla vida mərasimi Nardaran qəsəbəsində “İmam Hüseyn” meydanında keçirilib. Cənazə namazı qılındıqdan sonra İntiqam Rüstəmovun cənazəsi qəsəbədə, Rəhimə xanım məscidinin həyətindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Dəfn mərasiminə onunla birgə ziyarətdə olan zəvvarlar, kənd əhalisi, Bakı və ətraf qəsəbələrin sakinləri qatılıblar.
Qeyd edək ki, hadisə oktyabrın 13-ü, səhər saat 10.00 radələrində İraqın Diyava vilayətində, kürdlərin kompakt yaşadığı ərazidə qeydə alınıb. Hadisə zamanı azərbaycanlı zəvvarlardan İntiqam Rüstəmov həlak olub, Elvin Aslanov, Abdullayev Elçin Tahir oğlu və Abdullayev Elçin Vahid oğlu yaralanıblar. Ayağından yaralanan Elvin Aslanov Bağdada aparılıb, orada cərrahiyyə əməliyyatı olunub. Ümumilikdə Azərbaycandan ziyarətə gedən heyətdə 54 zəvvar olub. Onlardan 50-si ziyarəti davam etdirir.
İ.Rüstəmovun cənazəsi oktyabrın 18-də Azərbaycana gətirilib.

602