İt dişləyən Zərdab sakini Bakıda vəfat edib
Zərdab Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, bu ayın əvvəlində bir neçə Zərdab sakininə küçə itlərindən biri hücum çəkərək bədənlərinin müxtəlif nahiyələrindən dişləməklə xəsarət yetirib. Dərhal həmin xəstələr MRX-ya gətirilərək quduzluğa qarşı vaksinasiya olunub.
Onlardan daha ağır vəziyyətdə olan Zərdab şəhər sakini, 70 yaşlı Ədəb Bayram qızı Qurbanova MRX-da müalicə alsa da, vəziyyətinin yaxşı olmadığını görən yaxınları onu Bakıdakı xəstəxanaların birinə yerləşdirib. Lakin dünən o, Bakıda vəfat edib və Zərdaba aparılaraq orada dəfn olunub.
İnsanlara xəsarət yetirən it isə öldürülərək analiz edilmək üçün Bakı şəhərinə göndərilib. Bəzi məlumatlara görə, itin quduz olduğu müəyyənləşib. Amma Zərdab rayon Baytarlıq İdarəsinin rəhbərliyi bu haqda məlumat verməkdən imtina edib.

Oxşar yazılar
Bakıda QƏZA: Xəsarət alan var
19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi
18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını vurub öldürdü
18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü
18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı
18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR
18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu
18 iyul 2025 , 19:23