Faiq Ağayevin bıçaqlanması ilə əlaqədar ekspertizanın nəticələri açıqlanıb
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə məlumat verib. Ekspertizanın rəyinə əsasən, F. Ağayevə vurulan 6 bıçaq zərbəsindən 1-i daxilə nüfuz edən, yəni həyat üçün təhlükəli olub. 5-i isə yüngül xəsarət kimi qiymətləndirilir.
Ekspertizanın rəyinə görə, digər zərərçəkənlər Ramin Bayramov və Azər Musayevin də xəsarətlərini ağır xəsarət kimi qiymətləndirib.
İş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunan şəxslərlə bağlı ekspertizanın rəyi isə hələlik açıqlanmayıb. Həmin şəxslərlə bağlı ekspert rəyi yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, məlum hadisə sentyabrın 27-də səhər saatlarında Nəsimi rayonu ərazisində, keçmiş “Kubinka” adlanan yerdə baş verib. Xalq artisti Faiq Ağayev özünə məxsus 10 FA 222 dövlət nömrə nişanlı, “Audi” markalı maşını idarə edərkən, həmin yolla hərəkət edən “VAZ-2107” markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi düşüb. Sonradan qızışan mübahisə münaqişəyə çevrilib. Nəticədə F. Ağayev və onun yanında olan iki nəfərə çoxsaylı bıçaq xəsarətləri yetirilib. Təcilli olaraq xəstəxanaya yerləşdirilən xalq artisti Faiq Ağayev, onun mühafizəçiləri Ramin Bayramov və Azər Musayev əməliyyat olunublar. F. Ağayevə 6 bıçaq vurulub. O, kürək nahiyəsindən 4, budundan 1, qarın nahiyəsindən də 1 xəsarət alıb. Hər üç yaralı əməliyyat olunub.
Hadisə ilə əlaqədar üç nəfər şübhəli şəxs qismində məsuliyyətə cəlb edilib. Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələrlə təqsirləndirilən Rüfət Məlikov barəsində Nəsimi rayon Məhkəməsinin hökmü ilə 3 ay, CM-nin 221.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində məsuliyyətə cəlb edilən Seymur Məmmədov barəsində isə 2 ay müddətinə həbs-qətimkan cəzası seçilib. Hadisənin digər iştirakçısı olmuş Natəvan Şərifova isə himayəsində azyaşlı uşaqların olması nəzərə alınmaqla, CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib və onun barəsində də polisin nəzarəti altında olmaqla qətimkan tədbiri seçilib. Hazırda faktla bağlı başlanan cinayət işinin istintaqı davam etdirilir.

713