Yol polisini təhqir edən qadın sürücü tutulub
Bu barədə APA-ya Bakı şəhər Dövlət Yol Polis İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqə bölməsinin rəisi, polis kapitanı Cəmşid Hənifəyev məlumat verib.
Onun sözlərinə görə, sentyabrın 23-də Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Sevinc Əli qızı Əmiraslanova “Touareg” markalı, 10 RO 020 dövlət nömrə nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərkən Nəsimi rayon DYP-nin müfəttişi tərəfindən saxlanılıb. S.Əmiraslanovanın sərxoş olması müəyyən edilib, lakin müayinədən keçmək əmrinə tabe olmayıb. DYP əməkdaşı rus dilində danışan qadından Azərbaycan dilində danışmasını xahiş etdikdə isə onu “çuşka” adlandırıb.
Faktla bağlı DYP müfəttişi Ceyhun Qasımov sentyabrın 24-də şərəf və ləyaqətinin alçaldılması iddiası ilə Nəsimi rayon Polis İdarəsinə şikayət edib. S.Əmiraslanova Nəsimi rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq S.Əmiraslanovanı təqsirli bilərək, barəsində 2 sutka müddətinə azadlıqdan məhrum etmə hökmü çıxarıb.
C.Hənifəyev bildirib ki, bununla yanaşı, S.Əmiraslanova sürücülük vəsiqəsindən də məhrum edilib.

Oxşar yazılar

20-ci mərtəbədən yıxılan iki yaşlı uşaq sağ qaldı
4 iyul 2025 , 06:17
Motosiklet iki piyadanı vurdu - Vəziyyətləri ağırdır
3 iyul 2025 , 22:01
"Qanuni oğru" Vaqif Süleymanov saxlanıldı - VİDEO
3 iyul 2025 , 21:18
Ermənistan ordusunun əsir düşən azərbaycanlılara verdiyi işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənildi
3 iyul 2025 , 21:11Bilgəh çimərliyində DƏHŞƏTLİ ANLAR: 23 yaşlı oğlanın boynu sınıb öldü
3 iyul 2025 , 19:59
Gəncədə hovuza yıxılan kişi öldü
3 iyul 2025 , 19:33
Dubaydan Bakıya külli miqdarda brilyant qaşlar gətirmək istədi
3 iyul 2025 , 17:10